"Borussiya"da Roys üzüntüsü: PSJ ilə matçlarda oynamayacaq

18:51 - 5 Fevral 2020

Almaniya kubokunun 1/8 finalında "Verder"ə 2:3 hesabı ilə uduzan "Borussiya" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın kapitanı Marko Roys 4 həftəlik sıradan çıxıb. 30 yaşlı hücumçu Çempionlar Liqasının 1/8 finalında PSJ ilə keçiriləcək hər iki oyunu buraxacaq.

 

"Borussiya"nın PSJ ilə ilk matçın fevralın 18-i, cavab görüşü isə martın 11-də baş tutacaq.

Xəbər xətti