"Styaua"dan Arda Turan açıqlaması: "1 aprel zarafatıdır?"

19:09 - 6 Fevral 2020

"Başakşəhər"lə icarə müqaviləsi ləğv edilən Arda Turanın adı Rumıniyanın "Styaua" klubu ilə hallanıb.

 

Sportal.az xəbər verir ki, Buxarest klubunun baş məşqçisi Boqdan Vintilye məlumatı təkzib edib:

 

"Bu barədə nə demək olar? Arda Turanın nə qədər maaş aldığını bilirsiniz? Daha ciddi mövzulardan danışaq".

 

Klubun idman direktoru Mixa Stoyka da məlumatın yanlış olduğunu deyib: "Yəqin ki, Türkiyədə 1 aprel zarafatı ediblər".

 

Türkiyə mətbuatı müqavilə ilə "Barselona"ya məxsus olan Arda Turanın "Styaua" keçmək ehtimalının olduğunu yazmışdı.

 

Rumıniya transfer pəncərəsi fevralın 17-si bağlanacaq.

Xəbər xətti