"Yuventus" Matyudiyə əvəzləyici tapdı

12:42 - 7 Fevral 2020

"Yuventus" "Real"ın yarımmüdafiəçisi Kazemironu transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi müqaviləsi bitəcək Blez Matyudinin əvəzinə braziliyalı futbolçunu hədəfə alıb. Fransalı futbolçuya illik 15 milyon avro maaş ödəyən "qoca sinyora" eyni məvacibi Kazemiroya da verməyə hazırdır.

 

"Yuventus" Kazemiro" ilə yanaşı, "Napoli"nin yarımmüdafiəçisi Allanla da maraqlanır.

 

"Real" 27 yaşlı Kazemironu 2013-cü ildə "San-Paulu"dan transfer edib.

Xəbər xətti