"Beşiktaş" gənc futbolçularını Azərbaycan klublarına icarəyə vermək istəyir

12:57 - 7 Fevral 2020

“Beşiktaş” gənc futbolçularını Kosovo, Bosniya və Herseqovina və Azərbaycan klublarına icarəyə verməyi düşünür.

 

Sportal.az "Fotospor"a istinadən xəbər verir ki, klub rəsmisi Fırat Fidan bu addımla gənc oyunçuların təcrübə yığacağını açıqlayıb.

 

Oğuzhan Akgün, Kerem Kalafat, Oğuzhan Aydoğan, Erdoğan Kaya və İlkay İşler kimi gənc oyunçuların icarəyə verilməsi planlaşdırılır.

Xəbər xətti