"Mançester Siti" "Vilyarreal"ın müdafiəçisini istəyir

14:25 - 7 Fevral 2020

"Mançester Siti" yay transfer dönəmində müdafiə xəttini gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" baş məşqçisi Pep Qvardiolanın tələbi ilə "Vilyarreal"ın müdafiəçisi Pau Torresi transfer etmək üçün fəaliyyətə başlayıb.

 

"Vilyarreal"ın yetirməsi olan 23 yaşlı futbolçu bu mövsümkü oyunu ilə İspaniya millisinə yüksəlib. Torresin sərbəst qalma dəyəri 45 milyon avrodur.

 

İspan oyunçu cari mövsüm 22 oyunda 1 qol vurub, 2 assist edib.

Xəbər xətti