Yenə Yurgen Klopp seçildi

17:17 - 7 Fevral 2020

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, azarkeşlərin, Premyer Liqa klublarının kapitanlarının və mütəxəssislərin ortaq rəyi əsasında “Liverpul”un çalışdırıcı Yurgen Klopp ən yaxşı məşqçi adına layiq görülüb.

 

Alman mütəxəssis bu mövsüm Avqust, sentyabr, noyabr və dekabr aylarında da ən yaxşı adına layiq görülüb.

 

"Liverpul" ötən ay Premyer Liqada 5 oyun keçirib və hamısında qalib gəlib.

Xəbər xətti