Eltun Turabov Albaniyaya qayıtdı

00:33 - 8 Fevral 2020

Albaniyanın "Biliş" klubunun futbolçusu Eltun Turabov zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, Bakıda müalicə alan azərbaycanlı oyunçu bu gün komandasının düşərgəsinə qayıdıb.

 

Onun çempionatın növbəti turlarında meydana çıxacağı gözlənilir.

 

"Biliş" Super Liqada 20 turdan sonra 31 xalla 4-cüdür. Komanda lider "Tirana"dən 9 xal geri qalır. 22 yaşlı müdafiəçi mövsümün ilk yarısında çempionatda 8, ölkə kubokunda 1 oyun keçirib.

Xəbər xətti