"Sumqayıt" "Zirə"ni məğlub etdi, Azərbaycan derbisində bərabərlik - YENİLƏNİB

21:49 - 8 Fevral 2020

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, sonuncu gündə 2 oyun keçirilib.

 

"Sumqayıt" doğma meydanda "Zirə"ni qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tura "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulub. Azərbaycan derbisi qolsuz heç-heçə ilə başa çatıb.

 

8 fevral (şənbə)

“Sumqayıt” – “Zirə” - 2:1

Qollar: Elvin Cəfərquliyev, 13, Xəyal Nəcəfov, 66 - Ağabala Ramazanov, 35

Qırmızı vərəqələr: İlkin Muradov, 37, Ağabala Ramazanov, 68 ("Zirə")

Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov

Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”, 17:30

 

“Qarabağ” – “Neftçi” - 0:0
Hakimlər:
Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.

Xəbər xətti