"Ronaldo bizim üçün çox qocadı" - "Bavariya"nın prezidenti

15:10 - 8 Fevral 2020

"Bavariya"nın prezidenti Herbert Hayner "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu transfer edəcəkləri ilə bağlı xəbərlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, 35 yaşlı portuqaliyalınınn Münhen klubu üçün qoca olduğunu deyib:

“Mediada "Bavariya" ilə bir çox futbolçunun adı hallanır. Bu, normaldı. Ronaldoya gəlincə, o, bizim üçün çox qocadır”.

Ronaldo bu mövsüm klub səviyyəsində 27 oyunda 22 qol vurub və 3 assist edib.

Xəbər xətti