Ovusu "Qarabağ"da ilk rəsmi oyununa çıxdı

21:35 - 8 Fevral 2020

"Qarabağ"ın yeni transferi Ovusu Kvabena komandada ilk rəsmi oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, qanalı futbolçu Premyer Liqanın 16-cı turunda "Neftçi"yə qarşı keçirilən matçın 71-ci dəqiqəsində Xayme Romeronun əvəzinə meydana daxil olub.

 

"Qarabağ" 22 yaşlı oyunçunu "Leqanes"dən transfer etmişdi.

Xəbər xətti