Ovusu: "Azərbaycan çempionatı səviyyə baxımından geri qalmır" - MÜSAHİBƏ

22:38 - 8 Fevral 2020

Premyer Liqanın 16-cı turunda "Neftçi" ilə 0:0 hesablı heç-heçə edən "Qarabağ"ın hücumçusu Kvabena Ovusu oyundan sonra müsahibə verib.
 
Sportal.az xəbər verir ki, 22 yaşlı qanalı futbolçu öncə Ağdam klubundakı rəsmi debütündən söz açıb:
 
- Asan olmadı. Çətin oyun idi, çünki bu derbi matçdır. Hamı udmaq istəyir, hamı aqressiv oynayır. Fikrimcə, pis alınmadı.
 
- Bura gəlməmişdən öncə Azərbaycan çempionatı ilə bağlı düşüncələrini bu gün görə bildin?
- Futbol hər yerdə futboldur. Sən sadəcə, oyununa köklənməlisən.
 
- İspaniya Sequnda B-dən Azərbayana gəlmisən. Azarkeşlərin marağı və çempionatın səviyyə baxamından daha aşağı yerə gəlmisən. Bundan narahat deyilsən?
- Ola bilər ki, Sequnda B-nin oyunlarına azarkeş çox gəlsin. Səviyyə baxımından bura geri qalmır.
 
- “Qarabağ”a gəlməmişdən öncə “Kordoba” ilə aranda anlaşılmaz durum yaranmışdı. Baş verənləri danışa bilərsiniz?
- İndi bu haqda danışmağın zamanı deyil.
 
- “Kordoba” rəhbərliyi düşünürdü ki, onlara hörmətsizlik etmisən.
- "Kordoba" ilə problemim yoxdur. Bu məsələ ilə bağlı danışmaq istəmirəm.
 
- “Qarabağ”a keçməkdə hədəfin nədir: pul qazanmaq, yoxsa avrokuboklarda komandaya kömək etmək?
- Əgər düşünürsən ki, səni istəyən kluba getməklə doğru seçim edəcəksən, bunu etməlisən. Burda Çempionlar Liqası və Avropa Liqasında oynamaq fürsəti qazanırsan. Bu, futbola başlayarkən arzularım olub. Buna görə belə addım atdım.
 
- “Qarabağ”da oynamaqla Qana yığmasına dəvət ala bilərsən?
- İşini yaxşı görüb, inkifaş edəcəksənsə, milliyə dəvət edərlər.

Xəbər xətti