Ayxan Abbasov daha bir gəncin yolunu açdı

13:33 - 10 Fevral 2020

Premyer Liqanın 16-cı turunda “Sumqayıt”ın futbolçusu Nəbi Məmmədov üçün “Zirə” ilə qarşılaşma əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, ikinci hissədə Xəyal Nəcəfovun əvəzinə meydana daxil olan 1999-cu il təvəllüdlü yarımmüdafiəçi Premyer Liqada debüt oyununu keçirib.

 

Bununla da, “Sumqayıt”ın heyətində cari mövsümdə meydana çıxan limitə uyğun futbolçuların sayı 6-ya yüksəlib.

 

1. Elvin Cəfərquliyev - 26.10.2000-ci il / 13 oyun (1002 dəqiqə) - 2 qol.
2. Səbuhi Abdullazadə - 18.12.2001-ci il / 13 oyun (752 dəqiqə).
3. Süleyman Əhmədov - 25.11.1999-cu il / 12 oyun (758 dəqiqə).
4. Murad Xaçayev - 14.04.1998-ci il / 2 oyun (172 dəqiqə).
5. Rüfət Abdullazadə - 17.01.2001-ci il / 2 oyun (21 dəqiqə).
6. Nəbi Məmmədov – 20.08.1999-cu il / 1 oyun (3 dəqiqə).

Xəbər xətti