"Fərid Nəbiyevin performansına görə bu qərarı verdik"

14:48 - 10 Fevral 2020

Çex Respublikası təmsilçisi “Slaviya”nın idman direktoru Jiri Bilek Fərid Nəbiyevin “Viktoria Jijkov”a transfer olmasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Praqa təmsilçisinin rəsmisi bu keçidin 2 klub üçün dorğu olduğunu deyib:

 

“Fərid Nəyevin yaşını və performansını nəzərə alaraq, bu qərarı verdik. Fikrimcə, Fəridin yeni komandaya keçməsini həm klub, həm də özü üçün uğurlu hesab etmək olar”.

 

Azərbaycanın U-21 millisinin üzvü "Slaviya"nın gənclər komandasında oynayırdı. O, qış fasiləsində II liqa təmsilçisi "Viktoriya Jijkov"a transfer olub.

Xəbər xətti