İnyesta "Barselona"ya qayıtmaqdan imtina edib

15:22 - 10 Fevral 2020

"Barselona" qış fasiləsində sabiq futbolçusu Andres İnyestanı geri qaytarmaq istəyib.

 

Sportal.az xəbər verir ki, katalonlar Yaponiyanın "Vissel Kobe" klubunda forma geyinən ispan futbolçuya təklfi göndərib. Lakin 35 yaşlı yarımmüdafiəçi müqaviləsinin sonuna qədər Yaponiya klubunda qalmaq istədiyi üçün təklifi qəbul etməyib.

 

"Barselona"nın yetirməsi 2018-ci ildə "Vissel Kobe"yə keçmişdi.

Xəbər xətti