Abdulbari Gözəl: "Qarabağ"ın bir dəfə Quzanlıda oynamasına qarşı deyiləm"

18:02 - 10 Fevral 2020

“Qarabağ”ın oyunlarından biri Quzanlı qəsəbəsində keçirilə bilər, amma bu yenə də Qurban Qurbanovun qərarıdır”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında “Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri və “Qarabağ” klubunun prezidenti Abdulbari Gözəl deyib.

 

 

Onun sözlərinə görə, “Qarabağ”ın futbolçuları avrokubok oyunları zamanı çox yorulur: “Onlar ölkə xaricində təlim-məşq toplanışı keçirlər, həm də Avropada ev və səfər qarşılaşmaları keçirirlər. Ona görə də çox yorulurlar. Komandanın simvolik olaraq bir dəfə Quzanlıda oynamasına qarşı deyiləm, amma bu barədə Qurban bəydən soruşmaq lazımdır”.

Xəbər xətti