"Liverpul"un hücumçusu "Bayern"in hədəfində

18:18 - 10 Fevral 2020

"Liverpul"un hücumçusu Roberto Firmino "Bayern"in transfer hədəfindədir.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Münhen klubu braziliyalı futbolçunu yayda almaq üçün 90 milyon avro büdcə ayırıb.

 

"Liverpul"da önəmli fiqurlardan olan futbolçu ilə bağlı baş məşqçi Yurgen Kloppun hansı qərar verəcəyi maraqla gözlənilir. Xəbərdə "qırmızılar"ın "Leyptsiq"dən Timo Verneri transfer edəcəyi halda, 28 yaşlı futbolçunu satmağa razı ola biləcəyi qeyd edilib.

 

"Liverpul" Firminonu 2015-ci ildə Almaniyanın "Hoffenhaym" klubundan 41 milyon avroya transfer etmişdi. Braizliya millisinin üzvü bu mövsüm 36 oyuna 10 qol vurub, 12 assist edib.

Xəbər xətti