Koutinyo "Liverpul"a qayıda bilər

11:32 - 11 Fevral 2020

Müqavilə ilə "Barselona"ya məxsus olan, icarə əsasında "Bayern"də çıxış edən Filippe Koutinyo İngiltərəyə qayıda bilər.

 

Sportal.az xəbər verir ki, "Liverpul", "Tottenhem" və "Çelsi" braziliyalı futbolçu ilə maraqlanır. Bundesliqada qalmaq istəməyən futbolçu Premyer Liqada çıxış etmək arzusundadır. "Barselona" 27 yaşlı yarımmüdafiəçini yeni oyunçular almaq üçün satmağı planlaşdırır. 

 

"Bayern" Braziliya millisinin üzvünü ötən yay satın alma şərti ilə 8,5 milyon avroya icarəyə götürüb. O, Münhen klubunda 19 oyunda 6 qol vurub, 6 assist edib.

 

Koutinyo 2013-cü ildə "İnter"dən "Liverpul"a 13 milyon avro qarşılığında transfer olmuşdu. "Liverpul" braziliyalının "Barselona"ya transferindən 145 milyon avro qazanmışdı.

Xəbər xətti