"Yuventus" Dibala ilə bağlı qərar verdi

12:12 - 11 Fevral 2020

"Yuventus" hücumçusu Paulo Dibalanın müqaviləsini uzadacaq.

 

Sportal.az xəbər verir ki, Turin klubunun idman direktoru Fabio Paratiki bu barədə məlumat verib:

 

"Yuventus"un "10 nömrə"si Paulodur. O, çox ağıllı oyunçudur. Dibalanın nə qədər dəyərli olduğunu anlayırıq. Yaxın gələcəkdə onunla yeni müqavilə imzalayacağımızı düşünürəm. Yanvar ayından danışıqlar gedir. Anlaşdığımızı söyləyə bilərəm. Mövsümün sonuna qədər açıqlama verəcəyik".

 

"Yuventus" 26 yaşlı futbolçunu 2015-ci ildə "Palermo"dan 40 milyon avroya transfer edib. Dibala bu mövsüm 29 oyunda 11 qol vurub, 11 assist edib.

Xəbər xətti