"Eddi İsrafilov meydanda hansı işi görür?"

00:13 - 12 Fevral 2020

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilovun formasını geyindiyi “Albasete”nin Sequndada çıxışı tənqid olunub.

 

Sportal.az xəbər verir ki, İspaniya mətbuatı baş məşqçi dəyişikliyinin də fayda vermədiyini, böyük ehtimalla komandanın aşağı liqaya yuvarlanacağını qeyd edib:

 

“Albasete" bu gedişlə liqanı tərk edəcək. Çempionatda belə futbol oynayan başqa komanda yoxdur. Qapıçı Terea Nadal hər oyun qol buraxır. Digər oyunçular nə etdiyini bilmir. Məslən, Eddi İsrafilov meydanda hansı işi görür? Görünən odur ki, yeni baş məşqçi də komandanı düzəldə bilməyəcək”.

 

“Albasete” Sequndanın turnir cədvəlində 19-cu pillədədir.

Xəbər xətti