Luçesku "Beşiktaş"a qayıtdı

16:58 - 12 Fevral 2020

Rumıniyalı mütəxəssis Mirça Luçesku "Beşiktaş"a qayıdacaq.

 

Sportal.az xəbər verir ki, 74 yaşlı baş məşqçi İstanbul klubunda fərqli vəzifədə çalışacaq. O, klubda məsləhətçi vəzifəsini tutacaq. Təcrübəli futbol adamı açıqlamasında məlumatı təsdiq edib:

 

"Bəli, futbola qayıdıram. "Beşiktaş"da məsləhətçi kimi faydalarımı verəcəm. Prezident Ahmet Nur Çebi ilə danışdım. Onunla İstanbulda görüşəcəm. Daha sonra hər şeydən xəbərdar olacaqsınız".

 

Luçesku 2002-2004-cü illərdə "Beşiktaş"ın baş məşqçisi olub. O, son olaraq, Türkiyə yığmasını çalışdırıb.

Xəbər xətti