Dembele 6 ay oynamayacaq

17:39 - 12 Fevral 2020

“Barselona”nın hücumçusu Usman Dembele sağ ayağındakı yırtığa görə əməliyyat edilib.

 

Sportal.az xəbər verir ki, kataloniyalılar fransız futbolçunun 6 ay yaşıl meydanlardan kənar qalacağını açıqlayıb.

 

"Barselona" 22 yaşlı futbolçunu 2017-ci ildə "Borussiya"dan 125 milyon avroya transfer edib. Dembele komandada 9-cu dəfə zədələnib. O, 3 mövsüm ərzində 456 gün zədəyə görə oynamayıb.

Xəbər xətti