Keçmiş kapitan millidə məşqçi oldu

17:41 - 13 Fevral 2020

Karyerasını tamamlayan keçmiş futbolçu Jozef Yobo Nigeriya millisində çalışacaq.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı sabiq futbolçu yığmada köməkçi məşqçi olacaq. O, İmama Amapakabonun əvəzinə bu vəzifəyə təyin edilib. O, almaniyalı çalışdırıcı Qernot Rorun köməkçisi olacaq.

 

Yobo 2001-2014-cü illərdə Nigeriya millisində 101 oyun keçirib və 7 qol vurub. Yığmanın sabiq kapitanı 2002, 2010 və 2014-cü illərdə dünya çempionatında iştirak edib. O, mundialda 10 oyun keçirib.

 

Nigeriyalı müdafiəçi "Standart", "Marsel", "Everton", "Fənərbaxça" və "Norviç Siti" kimi klublarda çıxış edib.

Xəbər xətti