Qurban Qurbanov: “Zirə”dən ehtiyatlanırdıq”

17:04 - 15 Fevral 2020

Premyer Liqanın 17-ci turunda “Zirə”ni səfərdə 6:0 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov görüş barədə fikirlərini bildirdi.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

"Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər. Matçın startından yaxşı hücumlarımız oldu. Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, “Zirə”dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq".

Xəbər xətti