Maqaye Qeye: "Qarabağ"da hər şey ürəyimcədir" - MÜSAHİBƏ

17:44 - 15 Fevral 2020

Premyer Liqanın 17-ci turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub edən "Qarabağ"ın hücumçusu Maqaye Qeye müsahibə verib.
 
Sportal.az xəbər verir ki, oyunda son qolu vuran 29 yaşlı futbolçu nəticədən danışıb:
 
- Yaxşı hesabdır. Komanda üzərinə düşəni etdi. Danışılası çox məqam yoxdur.
 
- Bir qol vurdun. Özünəinam üçün bu, önəmlidir?
- Şübhəsiz, istənilən qol adama özünəinam verir. Ümumi vəziyyətimi nəzərə alsaq, müntəzəm oynamaq imkanı qazanmıram, çox qol vurmuram və buna görə də çox önəmli oldu.
 
- Razısan ki, Mahir Emreliyə rəqabətdə uduzmusan? Bunun səbəbi nədir?
- Son söz sahibi baş məşqçidir. İstənilən halda, onun qərarına hörmətlə yanaşırıq. Bu komandadayam. Nə vaxt ehtiyac duyulsa, kömək edəcəm.
 
- “Qarabağ”da özünü tapa bildin? Bura gələndə asan olacağını düşünürdün?
- Hücumçudan hər kəs qol gözləyir. Fikrimcə, Türkiyədə yaxşı mövsüm keçirəndən sonra bura gəlmişəm. Başqa liqadan gəlmişəm. Çempionat fərqi var. Uyğunlaşmaq üçün zamana ehtiyacın olur. İstənilən halda, komandaya kömək etməyə hazıram.
 
- Yayda “Qarabağ”da qalaacaqsan, yoxsa yeni klub axtarırsan?
- Burda çox xoşbəxtəm. Klub və komanda yoldaşlarım ürəyimcədir. Heç bir problemim yoxdur. 1 illik müqaviləm qalıb.
 
- Çempionluq şanslarınızı necə görürsən? Artıq “Qarabağ”ı çempion sayanlar var.
- Futbolda necə olacağı bilinmir. Uğursuzluğa da düşə bilərsən. Belə olduqda komandalar səni keçə bilər. Hələ qarşıda oyunlar var və öz işimizi görməliyik.

Xəbər xətti