Ramil Şeydayevin yeni klubu müəyyənləşdi

00:51 - 17 Fevral 2020

Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu karyerasını Azərbaycanda davam etdirəcək. Azad agent statusu daşıyan hücumçu "Sabah"a keçib.

 

Paytaxt təmsilçisi Şeydayevlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Transfer tezliklə rəsmən açıqlanacaq.

 

Azərbaycan millisinin üzvü 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçmişdi. Ramil mövsümün ilk yarısında Premyer Liqada 8 oyun keçirib və 1 assist edib.

Xəbər xətti