Silva "Milan"a qayıda bilər

16:27 - 17 Fevral 2020

PSJ ilə mövsümün sonunda müqaviləsi başa çatacaq Tyaqo Silva "Milan"a qayıda bilər.

 

Sportal.az "Le10sport"a istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ən azı 2 mövsüm də oynamaq istəyir. Braziliyalı oyunçu "qırmızı-qaralar"la maddi məsələdə razılığa gəlsə, transfer rəsmiləşəcək.

 

PSJ Silvanı 2012-ci ildə "Milan"dan 42 milyon avroya transfer etmişdi. "Milan" Braziliya millisinin üzvünü 2009-cu ildə 10 milyon avro qarşılığında "Fluminense"dən heyətinə cəlb etmişdi. Təcrübəli oyunçu İtaliya klubunda 119 oyuna 6 qol vurmuşdu.

Xəbər xətti