Vernerdən "Liverpul" açıqlaması

17:05 - 20 Fevral 2020

Adı "Liverpul"la hallanan Almaniyanın "Leyptsiq" klubunun futbolçusu Timo Verner iddialara münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu bundan məmnun olduğunu deyib:

 

"Liverpul" hazırda dünyanın ən yaxşı komandasıdır. Onların mənimlə maraqlanması qürurvericidir. Məmnunam, belə bir klubun marağı hər kəsi qürurlandırar. Orada çox güclü futbolçuların olduğunu bilirəm".

 

Verner bu mövsüm 31 oyunda 25 qol vurub, 9 assist edib.

Xəbər xətti