Lionel Messi: "Ayrılmağı düşünmədim, indi də fikirləşmirəm"

17:33 - 20 Fevral 2020

"Barselona"nın ulduz futbolçusu Lionel Messi "Mundo Deportivo"ya müsahibə verib.

 

Sportal.az xəbər verir ki, katalonlarla 2021-ci ildə müqaviləsi başa çatacaq, ancaq klubdan tələb etdiyi zaman sözləşməni pozmaq hüququna sahib olan futbolçu "Barselona"dan getmək istəmədiyini deyib:

 

"Bu vaxta kimi çox klub müqaviləmin tək tərəfli ləğvini qarşılamağa hazır olduğunu deyib, amma buradan ayrılmağı düşünməmişəm, indi də fikirləşmirəm. Əgər klub davam etmək istəsə, mənim üçün problem yoxdur.

 

Messi klubun idman direktoru Abidalın "Komandanın bəzi üzvləri Ernesto Valverdenin dönəmində məmnun deyildi və çox çalışmırdı" sözlərinə münasibət bildirib:

 

"Abidalın bu sözləri deyəndə ağlından nə keçdiyini bilmirəm. Mən onun sözlərinə üzərimə götürüb, cavabını verdim. Çünki bu sözlər futbolçulara mesaj idi. Futbolçular barədə çox danışırlar. Elə bil ki, baş məşqçiləri paltardəyişmə otağında futbolçular seçir. Sanki mənim böyük gücüm var və qərarları verən şəxsəm. Bu sözləri klubdan bir şəxsin söyləməsi məni narahat elədi. Buna görə də ondan açıqlama verməsini istəmişdim. İdman direktorunun mənə bu şəkildə hücum etməməli olduğunu bilirəm".

 

32 yaşlı hücumçu "Yuventus"un portuqaliyalı futbolçusu Kriştiano Ronaldo barədə bunları deyib:

 

"Ronaldo yırtıcı hücumçudur. Onun bu qrafiki təəccüblü deyil. Qol vurmağı sevir və meydana çıxanda bunu bacarır. Oynamağa davam etdikcə qol vuracaq".

 

Leo "40 yaşına qədər oynayacaqsınız" sualına belə cavab verib: "Birlikdə görəcəyik".

 

Messi şəxsi həyatından da danışıb:

 

"Alışqanlığı sevirəm. Normal həyatım var. Futboldan kənar həyatımda Antonella və övladlarım var. Uşaqlarımla vaxt keçirə bilirəm. Axşamlar birgə yemək yeyirik. Özüm erkən yatıram. Çərşənbə axşamı və çərşənbə günləri uşaqlarımın futbol günləri olduğu üçün şəhərə gedirik. Evə qayıdanda şam yeməyi hazırlayırıq. Alışqanlıq mənim üçün möhtəşəmdir".

Xəbər xətti