Türkiyə kubokunda finalın keçiriləcəyi stadion açıqlandı

11:25 - 21 Fevral 2020

Türkiyə kubokunun final matçının keçiriləcəyi stadion məlum olub.

 

Sportal.az xəbər verir ki, həlledici görüş İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq. Qarşılaşma mayın 5-də keçiriləcək.

 

Türkiyə kubokunun yarımfinalında "Fənərbaxça" "Trabzonspor"la, "Alanyaspor" "Antalyaspor"la üz-üzə gələcək.

Xəbər xətti