"Keşlə" "Zirə"ni, "Neftçi" "Qəbələ"ni məğlub etdi - YENİLƏNİB

18:48 - 22 Fevral 2020

Bu gün Premyer Liqada 18-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk gün 2 oyun keçirilib. Tura Qəbələdə start verilib. Yerli komanda "Neftçi"ni qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Digər görüşdə isə "Zirə" "Keşlə"nin qonağı olub və 0:4 hesabı ilə uduzub.

 

22 fevral (şənbə)

“Qəbələ” – “Neftçi” - 0:2

Qollar: Anton Krivotsyuk, 8, Baqali Dabo, 14

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu, 15:00

 

“Keşlə” – “Zirə” - 4:0

Qollar: Şahrux Qadoyev, 20, 71, Vüsal İsgəndərli, 45, Pərviz Azadov, 89

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”, 17:00.

Xəbər xətti