"Qarabağ" "Sumqayıt"ı məğlub etdi, "Sabah" "Səbail"lə heç-heçə etdi - YENİLƏNİB

19:54 - 23 Fevral 2020

Bu gün Premyer Liqada 18-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son gün iki oyun keçirilib. "Sabah" evdə "Səbail"i qəbul edib. Oyun qolsuz başa çatıb.

 

"Qarabağ" isə evdə "Sumqayıt"a qalib gəlib - 1:0.

 

23 fevral (bazar)

“Sabah” – “Səbail” - 0:0

Qırmızı vərəqə: Yevgeni Koçuk, 15 ("Sabah")

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“Bank Respublika Arena”, 16:00
 

“Qarabağ” – “Sumqayıt” - 1:0

Qol: Mahir Emreli, 49

Qırmızı vərəqə: Mahir Emreli, 90+2 ("Qarabağ")

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.

Xəbər xətti