Joze Mourinyo: "Çempionatı ilk 4-lükdə bitirsək, inanılmazı bacaracağıq"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Premyer Liqada ilk 4-lüyə düşəcəkləri halda, karyerasının ən böyük uğuruna nail olacağını deyib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis heyətdəki itkilərin işləri çətinləşdirdiyini deyib:

 

"Keyn və Son olmadan oynamağa məcburuq. Əgər çempionatı ilk 4-lükdə bitirsək, inanılmazı bacaracağıq. Uşaqlar da bunu haqq edir".

 

Joze Mourinyo mövsümün gedişində Maurisio Poçettinonun əvəzinə London klubuna gətirilib. Komanda 57 yaşlı mütəxəssisin rəhbərliyi altında 14 oyunda 8 qələbə qazanıb, dəfə uduzub. Paytaxt klubu Premyer Liqanın turnir cədvəlində 40 xalla 4-cüdür.

Tarix: 24 Fevral [17:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio