Ulduz futbolçu koronovirusla bağlı zarafata görə cəzalanacaq

10:48 - 27 Fevral 2020

İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Dele Alli hava limanında qoruyucu taxan asiyalı turistin fotosunu çəkərək, sosial şəbəkə hesabında paylaşıb.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin üzvü ""Bu virus məni yaxalamaq üçün daha sürətli olmalıdır" sözlərini yazmışdı. Onun bu paylaşımı izləyicilərin etirazına səbəb olub. Etiraz rəylərindən sonra Alli paylaşımı silməyə məcbur olub.

 

23 yaşlı futbolçu ardınca Çin xalqından üzr istəyib. Lakin onun bu addımını İngiltərə Futbol Federasiyası yetərli hesab etmir. Onun bu paylaşımı irqçilik kimi hesab edilib. Federasiya martın 5-nə qədər futbolçudan izahat tələb edib.

 

Britaniya mətbuatı Allinin cəzalanacağını yazır.

Xəbər xətti