Aylton Silva "Qarabağ"dan ayrılır

10:28 - 28 Fevral 2020

"Qarabağ"ın müdafiəçisi Aylton Silva mövsümün sonunda komandanı tərk edəcək.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, braziliyalı futbolçu müqavilə ilə məxsus olduğu Almaniyanın "Ştutqart" klubuna qayıdacaq.

 

Nəşr Ağdam təmsilçisinin 24 yaşlı sol cinah müdafiəçisini birdəfəlik almaq üçün 1,5 milyon avro ödəmək fikrində olmadığını qeyd edib.

 

Aylton mövsümün əvvəlindən "Qarabağ"da çıxış edir. O, komandada 26 oyun keçirib və 3 qol vurub.

Xəbər xətti