FIFA-dan icarə qaydaları ilə bağlı yeni qərar

13:13 - 28 Fevral 2020

İsveçrənin Sürix şəhərində keçirilən FIFA-nın iclasında transfer qaydaları ilə bağlı yeni qərarlar qəbul olunub.

 

Sportal.az xəbər verir ki, 2020-ci ilin iyulundan icarəyə götürülən futbolçuların sayına məhdudiyyət qoyulacaq. Bir klub digər ölkələrin klublarından 8-dən artıq futbolçu icarəyə götürə bilməyəcək. 2022/23 mövsümündən isə beynəlxalq icarələrin sayı 6-ya endiriləcək.

 

İki klub bir-birinə 3 futbolçu icarəyə verə bilər.

Xəbər xətti