Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu

19:06 - 29 Fevral 2020

Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Yığmanı Canni de Byazi çalışdıracaq.

 

Sportal.az xəbər verir ki, artıq italiyalı mütəxəssislə razılıq əldə edilib. AFFA bütün digər namizədlərlə danışıqları dayandırıb. Yaxın zamanda tərəflər münasibətləri rəsmiləşdirməli və yeni çalışdırıcı ictimaiyyətə təqdim edilməlidir.

 

Açıqlamanın indi verilməsinin dəqiq səbəbini öyrənə bilməsək də, bunun martın 3-də keçiriləcək Millətlər Liqasının püşkatmasından sonra olacağı ehtimal edilir.

 

Son olaraq 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdıran 63 yaşlı mütəxəssis həmin zamandan işsizdir. O, daha çox Albaniya millisindəki nəticələri ilə tanınır. 63 yaşlı mütəxəssis sözügedən yığmanı AÇ-2016-nın final mərhələsinə yüksəltməyi bacarmışdı (futbolpress.az).

Xəbər xətti