Mamadu Kane: "Koronavirusa görə evdən çölə çıxmağı məhdudlaşdırdım" - MÜSAHİBƏ

20:30 - 1 Mart 2020

Premyer Liqanın 19-cu turunda evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edən "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, 23 yaşlı qvineyalı yarımmüdafiəçi öncə nəticədən danışıb:
 
- 90 dəqiqə yaxşı oynadıq, rəqibi üstələdik. Son 10 dəqiqədə isə konsentrasiyanı itirdik. Bu da buraxılan qolla nəticələndi. Güclü külək bizim və “Səbail”in oyununa təsir göstərdi. Buraxdığımız qolda da belə oldu.
 
- Roberto Bordinin gedişindən sonra “Neftçi”də işlər hələ də düzəlməyib?
- Məşqçi amili bir o qədər də vacib deyil. Futbol oynamalıyıq. “Neftçi”də oynayırıq və bu komanda üçün nəticə qazanmalıyıq. Futbolda belə hallar olur. Bu gün konsentrasiyanı itirdik. Deməzdim ki, dəyişiklik yoxdur, xeyr. Özünüz görürsünüz. “Qəbələ” və “Səbail”ə qarşı inamlı oynadıq. Fikrimcə, dəyişikliklər var. Roberto Bordin və ya başqası olsun, biz meydana çıxmalı, qələbə üçün oynamalıyıq.
 
- “Qarabağ”a yaxınlaşmaq üçün yaxşı fürsətiniz var idi. Səncə, “Qarabağ” yenə xal itirə bilər?
- Çempionat hələ bitməyib. Düzdür, bu gün fürsəti qaçırdıq. Belə şanslar olacaq. Hələ qarşıda bir neçə tur var. Biz yenə vuruşacağıq. Hər şey edəcəyik ki, “Qarabağ”a yaxın olaq və çempion olacaq.
 
- Koronavirus hamını qorxuya salıb. Epidemiyadan necə qorunursan?
- Təəssüf ki, planetimiz belə halla üzləşdi. Biz nə edə bilərik? Allaha dua edə bilərik ki, hər şey tezlikə yaxşı bitsin, virus yer kürəsində olmasın. Özüm məşqlərdən sonra dərhal evə getməyə və çölə çıxmamağa çalışıram. Evdən çölə çıxmağı məhdudlaşdırdım.

Xəbər xətti