"Fənərbaxça" Ərsun Yanalla yollarını ayırdı

00:08 - 2 Mart 2020

"Fənərbaxça" baş məşqçisi Ərsun Yanalla yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin istəyilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

 

Yanal son dəfə komandanı Türkiyə kubokunun yarımfinalında "Trabzonspor"la ilk oyuna çıxaracaq.

 

Türk çalışdırıcı 2018-ci ildə "Fənərbaxça"nın baş məşqçisi təyin edilmişdi.

Xəbər xətti