Abdullah Avcının Azərbaycan millisindən imtina etməsinin səbəbi

13:01 - 2 Mart 2020

"Beşiktaş"dan ayrılan Abdullah Avcının Azərbaycan millisini çalışdırmaq istəməməsinin səbəbi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəsin "Başakşəhər"də köməkçisi olmuş Sərhat Gülpınar "Radyospor"a açıqlamasında Abdullah Avcının mövsümün sonuna qədər dincələcəyini deyib:

 

“Abdullah Avcı ilə “Beşiktaş”dan ayrıldıqdan sonra görüşdük. O, əminliklə mövsümün sonuna qədər işləməyəcəyini və istirahət edəcəyini bildirdi. Azərbaycan milli komandasını çalışdırmaq üçün təklif almışdı, ancaq qəbul etmədi”.

 

Abdullah Avcı bu ilin yanvarında "Beşiktaş"dan ayrılıb.

Xəbər xətti