Millətlər Liqası: Azərbaycan yığmasının potensial rəqibləri

13:48 - 2 Mart 2020

Sabah UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçiriləcək

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi C Liqasının 4-cü səbətində yer alıb. Yığma öz səbətində yer alan digər 3 komanda ilə bir qrupa düşə bilməz. Hər səbətdən bir komanda Azərbaycana rəqib olacaq.

 

Azərbaycan milli komandasının potensial rəqibləri:

 

1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan;
2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr;
3-cü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq;
4-cü səbət:Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova.

 

Püşk sabah Bakı vaxtı ilə 21:00-da atılacaq.

Xəbər xətti