Xorxe Sampaolinin yeni iş yeri müəyyənləşdi

16:38 - 2 Mart 2020

Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis Braziliyanın “Atletiko Mineyro” klubunun baş məşqçisi təyin edilib. 59 yaşlı çalışdırıcının müqavilə şərtləri açıqlanmayıb.

 

Sampaolinin son iş yeri "Santos" klubu olub. Argentina və Çili yığmalarının sabiq baş məşqçisi "Sevilya"nı da çalışdırıb.

Xəbər xətti