Eden Hazard əməliyyat üçün ABŞ-a yollanacaq

17:04 - 2 Mart 2020

“Real”ın futbolçusu Eden Hazard əməliyyat olunacaq.

 

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin əməliyyatı ABŞ-da gerçəkləşəcək.

 

La Liqanın 25-ci turunda "Levante" ilə görüşdə zədələnən 29 yaşlı futbolçunun 2-3 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

 

Hazard bu mövsüm La Liqada 10 oyun keçirib, 1 qol vurub və 1 assist edib.

 

Xəbər xətti