3 klub cərimələndi

13:08 - 3 Mart 2020

İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XIX turunda baş verənlər müzakirə olunub.

 

“Neftçi” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

“Zirə” – “Qəbələ” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

“Sumqayıt” – “Keşlə” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Xəbər xətti