Qara Qarayev: "Hər kəs Rəşad Sadıqovu millidə görmək istəyər"

14:06 - 3 Mart 2020

"Qarabağ"ın futbolçusu Qara Qarayev Amsterdamda baş tutacaq Millətlər Liqasının püşkatmasından danışıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi rəqibləri seçmək istəmədiyini bildirib: “Ötən dəfə əlimizdən gələni etdik. Heç gözləmədiyimiz halda Maltada xallar itirdik və bu bizə çox pis təsir etdi. Ona görə də rəqib seçmək kimi düşüncəm yoxdur”.

 

Qarayev “yenidən Kosovo ilə üz-üzə gəlib onlardan qisas almaq istəyirsiniz” sualına isə belə cavab verib: “Qisas almaq yox, uğur qazanmalıyıq. Reallıq odur ki, hal-hazırda biz geridə qalırıq. Qisas, dava-dalaşla həll olunası məsələ deyil və bununla uğur qazana bilmərik. Yaxşı hazırlaşıb meydana çıxmalıyıq”.

 

Təcrübəli yarımmüdafiəçi milli komandanın baş məşqçisi postuna namizədlərdən də danışıb: “Bu yöndə yəqin ki, AFFA iş görür. Namizədlər var və onlarla danışıqlar gedir. Rəşad Sadıvoqun adının hallanması xoşdur. Rəşad milli komandanın üzvlərini tanıyır, oyunçuların potensialını bilir. Milli karyerasını yaxın zamanda bitirib və komandadakı atmosferə bələddir. Düşünürəm ki, bu amillər hamısı Rəşad üçün üstünlükdür. Əlbəttə ki, hər kəs onu yığmada görmək istəyər. Yenə də son qərarı AFFA verəcək. Adının belə namizədlər arasında çəkilməsi bizi sevindirir” (futbolinfo.az).

Xəbər xətti