Türkiyə millisində Cenk Tosun şoku - Avropa çempionatını buraxacaq

11:30 - 4 Mart 2020

İngiltərənin "Kristal Pelas" klubunun hücumçusu Cenk Tosun zədələnib.

 

Sportal.az "The Atlantic"ə istinadən xəbər verir ki, məşqdə dizindən zədələnən 28 yaşlı hücumçu 6-7 ay yaşıl meydanlardan kənar qalacaq. Tosun Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcək.

 

Daha öncə Türkiyə millisinin heyətində Merih Demiralla Yusuf Yazıçının zədə səbəbindən turniri buraxacağı bəlli idi.

 

"Kristal Pelas" Cenki qış fasiləsində "Everton"dan icarəyə götürmüşdü.

 

Türkiyə millisi AÇ-2020-nin A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. “Ay-ulduzlular” iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Xəbər xətti