Azarkeşlərin seçimi: Rəşad Sadıqov

16:49 - 4 Mart 2020

Nikola Yurçeviçin Azərbaycan millisindən ayrılmasından sonra yığmanın “sükanı” hələ də boşdur.

 

Azarkeşlər sosial şəbəkələrdə yığmanın baş məşqçi postuna namizədləri müzakirə edirlər.

 

“9lug” səhifəsi fanatlar arasında sorğu aparır. Azarkeşlərin çox qismi Rəşad Sadıqovun millidə çalışmağını arzulayır. Millətlər Liqasındakı qrupu nəzərə alaraq, fanatlar yerli mütəxəssisə üstünlük verilməsini istəyiblər.

 

Bəzi fanatlar Sadıqovun U-21 millisini formalaşdırdığını, yerli oyunçuları yaxşı tanıdığını və bu səbəbdən onun yığmada uğurlu ola biləcəyini qeyd edib.

 

İtaliyalı mütəxəssis – Canni De Byazinin millidə çalışmağını istəyənlərin sayı az olub.

 

Xəbər xətti