Cenk Tosun "Everton"a qayıtdı

23:23 - 4 Mart 2020

Qış fasiləsində icarə əsasında "Kristal Pelas"a keçən Cenk Tosun müqavilə ilə məxsus olduğu “Everton”a qayıdıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçunun icarədən vaxtından tez qayıtmasına dizindən aldığı ağır zədə olub.

 

Türkiyə millisinin üzvü müalicəsini Liverpul klubunda etdirəcək. Onun 6-7 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Cen Türkiyə yığmasına Avropa çempionatında kömək edə bilməyəcək.

 

Hücumçu "Kristal Pelas"da 5 oyunda 1 qol vurub.

Xəbər xətti