AFFA İK-nın toplantısını niyə bayram ərəfəsinə "sürüşdürür"? - SƏBƏB

11:25 - 5 Mart 2020

AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasının ləngidilməsinin daha bir səbəbi məlum olub.

 

Sportal.az xəbər verir ki, fevralın 27-də toplantının yaxın 10 gün ərzində keçiriləcəyini rəsmən açıqlayan qurum planında dəyişiklik etməyi uyğun sayıb.

 

Yoldaşlıq görüşlərinə sayılı günlər qalsa da, futbol başbilənləri  bayram ab-havasından faydalanmaq niyyətindədi. İK-nın növbəti yığıncağında təsdiqlənməsi nəzərdə tutulan qərarlar futbol başbilənləri arasında bu günlərdə bir daha müzakirə edilib. Ümumi rəyə əsasən toplantının bayram ərəfəsinə salınması məqsədəuyğun sayılıb.

 

AFFA bu yolla medianın təzyiqindən böyük ölçüdə qurtulmaq, başı milli bayramın hazırlığına qarışan futbolsevərlərin informasiya almağa az vaxt sərf etdiyi günlərin birində mümkün qədər səs-küysüz iclas keçirməyi hədəfə alıb (fanat.az).

Xəbər xətti