Ronaldinyo saxta pasporta görə saxlanıldı

12:12 - 5 Mart 2020

Braziliya millisinin sabiq üzvü Ronaldinyo saxlanılıb.

 

Sportal.az xəbər verir ki, o, Paraqvaya getmək üçün saxta pasportdan istifadə etməkdə şübhəli bilinir.

 

Polis Ronaldinyonun qaldığı oteldə onun adına olan saxta pasport tapıb. Veteran futbolçu bu gün prokurorluqda ifadə verəcək.

 

Ronaldinyo borcları olduğu üçün 2018-ci ildə Braziliyadan çıxışına qadağa qoyulmuşdu.

 

2005-ci ildə "Qızıl Top" mükafatını qazanmış futbolçu "Qremio"nun yetirməsidir. Braziliya millisinin sabiq üzvü PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro" kimi klublarda çıxış edib.

 

 

Image

Xəbər xətti