UEFA-nın yeni turnir planı: Yay Çempionlar Liqası

15:19 - 5 Mart 2020

UEFA yeni turnirin təşkilində maraqlıdır.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, UEFA və ABŞ-ın "Relevent Sport" şirkəti Beynəlxalq Çempionlar Kubokunun formatını dəyişmək istəyirlər. 2021-ci ildən bu turnirin əvəzinə Yay Çempionlar Liqası keçirilə bilər. Tərəflər bununla bağlı danışıq aparır.

 

Turnirdə təsnifat, qrup və pley-off sistemi olacaq. Yeni layihə İngiltərə klublarına təqdime dilib. "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul" və "Tottenhem" turnirin formatını bəyənib.

 

"Relevent Sport" Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdır. Bu turnir 2013-cü ildən yay aylarında təşkil olunur.

Xəbər xətti